Xəzər Xəbər

Bakıda 79 yaşlı qadını aldadaraq 20 min manatını alıblar

Cəmiyyət | 10:42 • 8 Oktyabr 2024
Bakıda 79 yaşlı qadını aldadaraq 20 min manatını alıblar

Yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsilə zəng edərək yaxın qohumlarının qəza törətməsi adı ilə onların pul vəsaitlərinin ələ keçirilməsi barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən zəruri tədbirlər davam etdirilir.

Xezerxeber.az xəbər verir bu barədə DİN-dən bildirilib.

Eyni üsulla dələduzluğa məruz qalan paytaxt sakini olan 79 yaşlı qadın bu barədə polisə müraciət edib. Zərərçəkən oktyabrın 5-də bacısının yol-nəqliyyat hadisəsi törətdiyi barədə telefonla ona xəbər verildiyini və 20.000 manat istənildiyini bildirib. O, evinə gələn tanımadığı şəxslərə həmin məbləği verəndən bir qədər sonra isə aldadıldığını anlayaraq polisə məlumat verib.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakinləri M.Əsgərli və G.İsrafilov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar davam etdirilir.

DİN bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi, bu cür hallarla rastlaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edir.

Xəbər lenti

Çox oxunanlar