Xəzər Xəbər

Prokurorluğa qulluğa qəbulda yenilik edilir

Cəmiyyət | 10:35 • 3 Oktyabr 2024
Prokurorluğa qulluğa qəbulda yenilik edilir

Prokurorluğa qulluğa qəbul zamanı elmlər doktoru elmi dərəcəsi olan şəxslər üçün stajorluq və sınaq müddəti müəyyən edilməyəcək.

Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, prokurorluq orqanlarında daimi qulluğa qəbul ediləcəklər.

Xəbər lenti

Çox oxunanlar