Xəzər Xəbər

Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə maaşının 6 misli məbləğində müavinət veriləcək

Cəmiyyət | 10:15 • 3 Oktyabr 2024
Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə maaşının 6 misli məbləğində müavinət veriləcək

Öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək.

Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Xəbər lenti

Çox oxunanlar