Xəzər Xəbər

Ötən ay 512 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb

Cəmiyyət | 13:26 • 2 Oktyabr 2024
Ötən ay 512 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sentyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qeyri-lеqal miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində nailiyyətlər əldə edilib.

DSX-nin Mətbuat mərkəzindən Xezerxeber.az-a bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 64 nəfər saxlanılıb, onların 40-ı Pakistan, 12-si Azərbaycan, 4-ü Əfqanıstan, 3-ü Əlcəzair, 3-ü İran, 1-i Misir və 1-i Şri-Lanka vətəndaşı olub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 11 nəfər saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

Sərhəd rejimi qaydalarını pоzduqlarına görə 747 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 308 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib, ölkədən çıxışı qadağan olunan 512 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 20 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 74 kiloqram 627 qram narkotik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 44 min 195 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 529 min 391 manat olan qaçaqmal, о cümlədən gecəgörmə cihazı, ov tüfəngi, patron, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.

Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar