Xəzər Xəbər

Müəllimlər günü ilə bağlı məktəblərə təlimat göndərildi

Cəmiyyət | 13:19
Müəllimlər günü ilə bağlı məktəblərə təlimat göndərildi

Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi 5 oktyabr – müəllimlər günü ilə əlaqədar pul yığılması, hədiyyələr edilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıq edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Agentliyin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrinə təlimat göndərilib, müvafiq tapşırıqları verilib.

"Valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir", - deyə xəbərdarlıqda vurğulanıb.

Xəbər lenti

Çox oxunanlar