Xəzər Xəbər

Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı yeni dövlət konsepsiyası hazırlanır AÇIQLAMA

Cəmiyyət | 16:49 • 26 Sentyabr 2024
Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı yeni dövlət konsepsiyası hazırlanır

Azərbaycanda ailə siyasətinin gücləndirilməsi istiqamətində islahatlar qanunvericilik bazasının təkmilləşdirilməsini də vacib edir.

Xezerxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova Gənc Ailə Forumunda deyib.

O qeyd edib ki, indiyə qədər mövcud qanunlara bir çox dəyişikliklər edilib, yeni qanunlar qəbul olunub:

"Məişət zorakılığının qarşısının alınması ilə bağlı yeni dövlət konsepsiyası hazırlanır. Hazırda 30-dan çox qanunvericilik aktı icradadır".

Xəbər lenti