Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 8 ayında da davam edib.
Xezerxeber.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, cari ilin yanvar-avqust ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 5 milyard 855 milyon manat vəsait ödənilib.
Bu da ötən ilin müvafiq dövrünə nisbətən 522 milyon manat və ya 9,7 faiz çoxdur.