Xəzər Xəbər

Müəllimlərin maaşından nə qədər tutulur?

Cəmiyyət | 11:43 • 26 Sentyabr 2024
Müəllimlərin maaşından nə qədər tutulur?

Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşı sonuncu dəfə 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Yeni dərs ilinin başlanması ilə əlaqədar müəllimlərin maaş məsələsi sosial şəbəkələrdəki təhsil qruplarında müxtəlif müzakirələrə səbəb olub. Bu müzakirələrdə müəllimlərin ödədikləri vergilər barədə də çox sayda suallar verilir.

Müəllimlərin aldığı maaşdan hansı vergilər tutulur?

Xezerxeber.az xəbər verir ki, Modern.az məsələnin aktuallğını nəzərə alaraq, ona aydınlıq gətirməyə çalışıb. 

Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 2500 manatadək olan aylıq gəlirlərdən 14% gəlir vergisi tutulur. “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Qeyd olunanlardan əlavə, Həmkarlar İttifaqı Təşkilatı ilə bağlanmış müqaviləyə əsasən, əməkhaqqından 2% üzvlük haqqı tutulur.
Bundan başqa, müəllimlər iİşsizlikdən sığortaya görə 0,5%, icbari tibbi sığortaya görə 2% ödəniş də edirlər. 

Beləliklə, müəllimlərin əmək haqqından aşağıdakı vergilər tutulur: 

Gəlir vergisi – 14%;

Sosial sığorta – 3%;

Həmkarlar ittifaqı – 2%;

İşsizlikdən sığorta – 0,5%;

İcbari tibbi sığorta haqqı  - 2%.

Bunları ümumilikdə hesabladıqda maaşdan 21,5 % tutulmalar olur.

Qeyd edək ki, əmək haqqı 2500 manata qədər olduqda, ondan ölkə üzrə yaşayış minimumu- 345 manat çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur.

Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən, bəzi kateqoriyadan olan işçilərin əməkhaqqından gəlir vergisi güzəştlə tutulur.

Belə ki, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. 

Xəbər lenti