Xəzər Xəbər

Sentyabr ayının bütün sosial ödənişləri yekunlaşıb

Cəmiyyət | 18:35
Sentyabr ayının bütün sosial ödənişləri yekunlaşıb

Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Xezerxeber.az bildirir ki, Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, bundan əvvəl – sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 20-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, sentyabr ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Xəbər lenti

Çox oxunanlar