Xəzər Xəbər

Dublyajların dilində çox sayda qrammatik norma pozuntuları aşkarlanıb MONİTORİNQ

Cəmiyyət | 12:30 • 24 Sentyabr 2024
Dublyajların dilində çox sayda qrammatik norma pozuntuları aşkarlanıb

Apardığımız monitorinqə televiziya kanallarında yayımlanan dublyaj filmləri cəlb olunub. Monitorinq bədii film, sənədli film, teleseriallar və cizgi filmlərində səsləndirilən dil faktlarının toplanması və onların təhlili nəticəsində gerçəkləşib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva “Dublyajların dili monitorinq aynasında” adlı tədbirdə çıxışı zamanı söyləyib.

“Faktların təhlili zamanı çox sayda qrammatik norma pozuntularına rast gəlmişik. Eyni zamanda, ifadə yanlışlıqlarına, tərcümə zamanı yol verilən üslubi xətalara rast gəlinib. Qeydə alınan min dil faktından 846-sı hesabata daxil edilib. Onlardan 246-sı orfoepik, yeddisi orfoqrafik, 140-ı leksik, 82-si qrammatik norma pozuntusu, 370-i isə üslub və ifadə səhvidir. Qeyd edim ki, təkrar səhvlər hesabata daxil edilməyib, yalnız səciyyəvi dil faktları üstünlük təşkil edir”, - deyə Günel Hacıyeva bildirib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar