Xəzər Xəbər

COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər

Cəmiyyət | 15:29 • 23 Sentyabr 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər

Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar COP29 Azərbaycan Əməliyyat Şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə növbəti sahilyanı təmizlik aksiyası təşkil edilib.

Bu barədə Xezerxeber.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Xəzər dənizinin Lənkəran sahilində keçirilən sahilyanı təmizlik aksiyasına COP29 könüllüləri ilə yanaşı, “Regional İnkişaf” İctimai Birliyinin Lənkəran şöbəsinin könüllüləri də daxil olmaqla 100-dən artıq iştirakçı qatılıb. Təmizlik aksiyası çərçivəsində 1 kilometrdən artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib.

Toplanan 1100 kiloqram tullantı utilizasiya üçün Lənkəran Şəhər Abadlıq İdarəsinə təhvil verilib. Eyni zamanda, əvvəlki iməcilik tədbirlərində olduğu kimi, bu dəfə də toplanılan tullantıların həcmi haqqında məlumat “Ocean Conservancy” qeyri-kommersiya ətraf mühitin müdafiəsi qrupunun qlobal məlumat bazasına daxil edilib.

Ekoloji tədbirə qatılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi nümayəndələri Xəzər dənizinin mövcud ekoloji vəziyyəti, tullantıların utilizasiyası, xüsusən də düzgün idarə olunmadığı təqdirdə sualtı ekosistemə təsiri barədə könüllüləri məlumatlandırıb, onların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbər lenti

Çox oxunanlar