Xəzər Xəbər

Bakı metrosunda müdaxilə ilə bağlı təkrar yoxlama aparılan qatar xəttə qaytarılıb

Cəmiyyət | 12:34
Bakı metrosunda müdaxilə ilə bağlı təkrar yoxlama aparılan qatar xəttə qaytarılıb

Bakı metrosunun "Neftçilər-Qara Qarayev" mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siqnal daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib

Məlumata görə, maşinist stansiyada qatara baxış keçirib problem aşkarlanmasa da, əlavə qaydada qapıların açılıb-bağlanması və təkrar yoxlama aparılıb. Xətlərdə intervalların daha da artmaması məqsədilə təkrar yoxlamanın qatar xətdə hərəkət etməklə aparılması qərara alınıb. Sərnişinlər düşürülüb, yolboyu bütün qapılarda xüsusi texniki yoxlamlar aparılıb. Nasazlıq olmadığı üçün qatar "Nərimanov" stansiyasından sərnişinlərlə yoluna davam edib.

Xəbər lenti

Çox oxunanlar