Xəzər Xəbər

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb FAKTİKİ HAVA

Cəmiyyət | 12:43
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb

Sentyabrın 22-si saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuz, Culfada 2 mm, Şahdağ, Xaçmaz, Qusar (Laza), Göygöl, Daşkəsən, Astara, Şərur, Naxçıvanda 1 mm-dək olub.

Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 26, Aran rayonlarında 29, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.

Xəbər lenti

Çox oxunanlar