Xəzər Xəbər

Azərbaycanda COVID-19-un hansı ştamı yayılıb? AÇIQLAMA

Cəmiyyət | 09:42 • 21 Sentyabr 2024
Azərbaycanda COVID-19-un hansı ştamı yayılıb?

Azərbaycanda koronavirusla bağlı epidemioloji durum sabitdir. Ölkədə rast gəlinən əsas ştam "Omikron"un müxtəlif altnövləridir. Virusun mutasiyaya uğraması onun təbii təkamülü olaraq, bütün dövrlərdə davam etməkdədir.

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, hansısa bir altnövün yayılma səviyyəsinin sekvenləşmə vasitəsi ilə müəyyən edilməsi hazırda infeksiya ilə mübarizə və əks-epidemik tədbirlərin planlaşdırılması baxımından praktik əhəmiyyət kəsb etmir:

"Bu altnövlər təxminən eyni klinik əlamətlərlə müşayiət olunur və bunlara görə altnövün müəyyən edilməsi mümkün deyil. Onların hər biri digərindən yoluxuculuq sürətinə görə fərqlənsə də, immunkompetent şəxslərdə heç biri ağır xəstəlik törətmir. Müxtəlif alimlər tərəfindən koronaviruslara qarşı tətbiq edilən peyvəndlərin yeni yaranan ştamlara qarşı da müəyyən qədər effektiv olması barədə ehtimallar səslənməkdədir".

Xəbər lenti

Çox oxunanlar