Xəzər Xəbər

Azərbaycanda həbs edilən üç Türkiyə vətəndaşı qarşı tərəfə təhvil verilib

Cəmiyyət | 22:09 • 17 Sentyabr 2024
Azərbaycanda həbs edilən üç Türkiyə vətəndaşı qarşı tərəfə təhvil verilib

Türkiyənin hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, Türkiyə Respublikasının vətəndaşları, hədə-qorxu ilə tələb etmə cinayət əməlini törətməkdə ittiham olunan 1972-ci il təvəllüdlü Bekinkayan Kıralın, qəsdən adam öldürməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1982-ci il təvəllüdlü Gücenmez Erdemin və narkotik vasitələrin satışında təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1972-ci il təvəllüdlü Talip Ağdemirin verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd olunan şəxslər cari il ərzində ölkəmizdə müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən adıçəkilən şəxslər haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar