Xəzər Xəbər

Azərbaycan Efiopiyaya un məmulatları ixrac edəcək

Cəmiyyət | 16:55 • 16 Sentyabr 2024
Azərbaycan Efiopiyaya un məmulatları

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Azərbaycan Efiopiyaya makaron daxil olmaqla un məmulatları ixrac edəcək.

Xezerxeber.az Mərkəzə istinadən xəbər verir ki, portal un məmulatları istehsal edən şirkətə sərbəst satış sertifikatı verilib.

Sertifikat ölkə Prezidentinin 12 sentyabr 2017-ci il tarixli fərmanına uyğun təqdim edilib, ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir. Sertifikatın verilməsi 100-dən artıq Amerika Qitəsi, Asiya, Okeaniya, Avropa və Körfəz ölkələrinə məhsulların ixracını asanlaşdırıb.

Xəbər lenti