Xəzər Xəbər

7B nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib

Cəmiyyət | 14:00 • 16 Sentyabr 2024
7B nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Yeni Yasamal yaşayış sahəsi ilə əlaqələndirən 7B nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Xezerxeber.az-a bildirilib ki, sakinlərin ictimai nəqliyyata olan təlabatının və şəhərin digər istiqamətlərinə gedişlərinin təmin edilməsi məqsədilə 7B nömrəli avtobusların hərəkəti MİDA Yasamal Yaşayış Kompleksinə təşkil olunub.

Xəbər lenti