Səngəçal istiqamətində Kür 1 xəttində baş verən qəza hadisəsinin aradan qaldırılması işləri ilə əlaqədar sentyabrın 16-sı saat 11:00-dan 16:00-dək Qaradağ rayonu ərazisinə, Lökbatan qəsəbəsinə və Səbail rayonunun bir hissəsinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Xezerxeber.az bildirir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.