Xəzər Xəbər

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır XƏBƏRDARLIQ

Cəmiyyət | 18:06 • 14 Sentyabr 2024
Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Xezerxeber.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir ki, ayrı-ayrı yerlərdə - Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvanda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

 

Xəbər lenti

Çox oxunanlar