Xəzər Xəbər

DYP-dĕn yeni tədris ilinin başlanması ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

Cəmiyyət | 10:39 • 14 Sentyabr 2024
DYP-dĕn yeni tədris ilinin başlanması ilə bağlı hərəkət iştirakçılarına

Yeni tədris ilinin başlanması küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində deyilir.

"Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaratmasınlar.

Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik", - məlumatda deyilir.

Xəbər lenti

Çox oxunanlar