Xəzər Xəbər

Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb

Cəmiyyət | 11:10 • 12 Sentyabr 2024
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb

Cari ilin 6 ayı ərzində icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub. Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim göstərişi əsasında həyata keçirilir.

Xəbər lenti