Xəzər Xəbər

Bu il baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb

Cəmiyyət | 19:14 • 11 Sentyabr 2024
Bu il baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb

Bu ilin I yarımili üzrə qida zəhərlənmələri ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) 238 müraciət daxil olub. Onlardan 45 zəhərlənmə faktı öz təsdiqini tapıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, 422 zərərçəkən qida zəhərlənməsi ilə əlaqədar qeydiyyata alınsa da müraciətlərdən 154-ü təsdiq olunub.

Statistikaya görə, bir nəfər qida zəhərlənməsi səbəbindən həyatını itirib.

Xəbər lenti

Çox oxunanlar