Xəzər Xəbər

Metroda qatarların hərəkətində yubanma olub

Cəmiyyət | 09:24 • 10 Sentyabr 2024
Metroda qatarların hərəkətində yubanma olub

"Qara Qarayev" stansiyasında sərnişin vaqon qapısının qəza açılıb-bağlama kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb. Bunun nəticəsində "Yaşıl" və "Qırmızı" xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.

Bakı Metropolitenindən Xezerxeber.az-a verilən məlumata görə, həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə "Nərimanov" stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib.

Xəbər lenti