Xəzər Xəbər

Ali məktəblərə əlavə yerləşdirmə ilə qəbul olunan şəxslərin qeydiyyatına başlanılıb

Cəmiyyət | 17:52 • 9 Sentyabr 2024
Ali məktəblərə əlavə yerləşdirmə ilə qəbul olunan şəxslərin qeydiyyatına başlanılıb

Sentyabrın 9-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

Xezerxeber.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, abituriyentlər https://portal.edu.az/ sistemi vasitəsilə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 16 sentyabr saat 18:00-da başa çatacaq.

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xəbər lenti