Xəzər Xəbər

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinin müddəti uzadılıb

Cəmiyyət | 12:09 • 6 Sentyabr 2024
Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinin müddəti uzadılıb

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmə ilə qəbul olunan abituriyentlər üçün qeydiyyat prosesi 9 sentyabr saat 18:00-a qədər uzadılıb.

Xezerxeber.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, abituriyentlər https://portal.edu.az/ sisteminin “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

Xəbər lenti