Xəzər Xəbər

Təqaüd veriləcəyi vədi ilə 4 nəfərin 30 min manatını ələ keçirən şəxs saxlanılıb FOTO

Cəmiyyət | 11:52 • 2 Sentyabr 2024
Təqaüd veriləcəyi vədi ilə 4 nəfərin 30 min manatını ələ keçirən şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan Mikayıl Mirzəyev saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, M.Mirzəyev 4 nəfər şəxsin etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30 000 manatdan çox pulunu ələ keçirib.
M.Mirzəyev barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024