Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamədə nəzərdə tutulan qadağalar açıqlanıb.
Xezerxeber.az-ın məlumata görə, yasaqlığın ərazisində aşağıdakılar qadağan edilə və ya məhdudlaşdırıla bilər:
- geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
- su, bataqlıq ərazilərinin qurudulması və meliorativ işlərinin aparılması;
- bitki aləmindən təsərrüfat məqsədilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;
- ov və balıq ovu (balıqartırma və elmi-tədqiqat məqsədləri ilə balıq ovu istisna olmaqla), vəhşi fauna növlərinin təsərrüfat məqsədilə istifadə edilməsi və ovlanması;
- ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi;
- kütləvi idman və tamaşa tədbirlərinin keçirilməsi, çadırların qurulması və tonqalların yandırılması;
- bina və qurğuların, ümumi istifadə üçün yolların, boru kəmərlərinin və digər kommunikasiya xətlərinin tikintisi;
- torpaqların şumlanması, yabanı bitkilərin yığılması, kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və heyvanları təbii mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi;
- kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi;
- oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadəsi.