Xəzər Xəbər

Yasamalda yük avtomobilində YANĞIN

Cəmiyyət | 16:25 • 28 Avqust 2024
Yasamalda yük avtomobilində

Yasamal rayonu, Moskva prospekti (tunelin çıxış hissəsində) hərəkətdə olan yük avtomobilində yanğın baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

"Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür", - deyə məlumatda qeyd edilib.

Xəbər lenti

Çox oxunanlar