Xəzər Xəbər

TƏBİB poliklinikalarda yaranan sıxlığın səbəbini AÇIQLAYIB

Cəmiyyət | 12:47 • 28 Avqust 2024
TƏBİB poliklinikalarda yaranan sıxlığın səbəbini

Bu gün səhər saatlarından etibarən bəzi tibb müəssisələrində müraciət sayının çoxluğu ilə əlaqədar xəstəxana idarəetmə sisteminin işində texniki yüklənmələr yaranıb.

Bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, artıq mütəxəssislər tərəfindən optimizasiya işləri aparılıb, sistemin işi tam bərpa olunub.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə poliklinikalarda onlayn növbə sistemində problemlərin olduğu bildirilib. Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.

Xəbər lenti