Xəzər Xəbər

Heydər Əliyev Fondunun şəhid övladları üçün keçirdiyi tədbirdən FOTOLAR

Cəmiyyət | 18:46 • 26 Avqust 2024
Heydər Əliyev Fondunun şəhid övladları üçün keçirdiyi tədbirdən

Avqustun 26-da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və “Dəniz Mall”un dəstəyi ilə tədbir keçirilib.

Xezerxeber.az xəbər verir ki, şəhidlərimizin bizə əmanəti olan övladları həmin məkanda təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyun aparatlarında, kartinq, boulinq, leqo meydançası və digər əyləncə məkanlarında oynayıb, rəqslərə qoşulublar.

Uşaqlar bu günün təəssüratını birgə nahar süfrəsi arxasında paylaşıblar.

Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Xəbər lenti

Çox oxunanlar