Xəzər Xəbər

54 yaşında tələbə adını qazanan qadın ali təhsildən imtina edəcək

Cəmiyyət | 15:15 • 26 Avqust 2024
54 yaşında tələbə adını qazanan qadın ali təhsildən imtina edəcək

Bu il ali təhsil müəssisəsinə qəbul olan ən yaşlı tələbənin 54 yaşı var.

Xezerxeber.az xəbĕr verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, həmin tələbə 1970-ci il təvəllüdlü Sevinc Əliyevadır. Subbakalavr təhsilini Bakı Neft-Energetika Kollecində alan S.Əliyeva Sumqayıt Dövlət Universitetinin Neft-qaz mühəndisliyi ixtisası üzrə ödənişli əsaslarla təhsil almaq imkanı qazanıb.

Sevinc Əliyeva “Report”a açıqlamasında çalışdığını əsas gətirərək əyani təhsilin onun üçün əlverişli olmadığını bildirib: “Mən qiyabi təhsil almaq istəyirdim. İxtisas seçimində ancaq əyani təhsil idi. Düşündüm bəlkə qiyabi təhsil formasına dəyişmək mümkün olar, lakin alınmadı. Ona görə də həmin təhsil imkanından imtina edəcəyəm”.

Ən gənc tələbə adını isə 2008-ci il təvəllüdlü Elvin Hüseynov qazanıb. Belə ki, H.Əliyev adına Müasir Təhsil Kompleksinin məzunu olan 16 yaşlı tələbə 294.5 balla Azərbaycan Texniki Universitetinin Maşın mühəndisliyi ixtisasında ödənişli əsaslarla ali təhsilini davam etdirəcək.

Xəbər lenti

Çox oxunanlar