Xəzər Xəbər

TƏBİB-in tabeli müəssisələrində 149 seçki məntəqəsi təşkil olunub

Cəmiyyət | 18:52 • 23 Avqust 2024
TƏBİB-in tabeli müəssisələrində 149 seçki məntəqəsi təşkil olunub

TƏBİB-in tabeli tibb müəssisələrində 149 seçki məntəqəsi təşkil olunub.

Xezerxeber.az-ın məlumatına görə, bunu qurumun İcraçı direktorunun müavini Araz Nəsirov TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən müşavirədə deyib.

Toplantıda Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkilərə tibb müəssisələrinin hazırlığı müzakirə edilib.

Seçki prosesində TƏBİB tərəfindən xidmətin təşkili ilə bağlı görülən işlər barədə məruzə edən A.Nəsirov tabeli müəssisələrdə təşkil olunan seçki məntəqələri barədə məlumat verib:

“Tabeli tibb müəssisələrində 149 seçki məntəqəsi təşkil olunub və tibb müəssisələrinin kollektivlərinin yüksək seçici fəallığına malikdir”.

Xəbər lenti

MSK daha 20 müraciətə baxacaq
17:00 • 12 Sentyabr 2024