Xəzər Xəbər

Pirşağıda dənizdə 1 nəfər BATDI

Cəmiyyət | 13:38 • 21 Avqust 2024
Pirşağıda dənizdə 1 nəfər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Xəbər lenti

Çox oxunanlar