Xəzər Xəbər

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI

Cəmiyyət | 09:00 • 21 Avqust 2024
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “LADA” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, sürücü A. Süleymanov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub.

Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.

Xəbər lenti