Xəzər Xəbər

Azərbaycanda aliment ödəmədiyinə görə 4 mindən çox şəxs axtarışa verildi

Cəmiyyət | 16:44 • 20 Avqust 2024
Azərbaycanda aliment ödəmədiyinə görə 4 mindən çox şəxs axtarışa verildi

Cari ilin ilk 6 ayı ərzində aliment tələbinə dair 11 319 məhkəmə qərarı daxil olub.

Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, icraatda olan aliment işləri üzrə 4 259 nəfər axtarışdadır. İnzibati qaydada həbs olunan şəxslərin sayı 1 051 nəfər, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı isə 98 nəfərdir. (apa)

Xəbər lenti