Xəzər Xəbər

Bakıda içməli su təchizatı sabah tam bərpa ediləcək

Cəmiyyət | 13:29 • 15 Avqust 2024
Bakıda içməli su təchizatı sabah tam bərpa ediləcək

Bakı şəhəri üzrə içməli suyun təchizatı sabah günorta saatlarında tam bərpa ediləcək.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib.

Onun sözlərinə görə, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb: "Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir".

Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarında və Ramanı qəsəbəsində suyun verilməsi rejimində dəyişiklik edilib.

Xəbər lenti