Xəzər Xəbər

Oğuz-Qəbələ su xəttində təmir-bərpa işləri tamamlanıb

Cəmiyyət | 11:36 • 15 Avqust 2024
Oğuz-Qəbələ su xəttində təmir-bərpa işləri tamamlanıb

Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri səhət saat 6-da tamamlanıb.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib.

"Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Ətraflı məlumat bir neçə dəqiqə ərzində yayacağıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, təmir işlərilə əlaqədar Bakı şəhərinin bir neçə ərazisində su verilişində məhdudiyyət yaranıb.

Xəbər lenti

Çox oxunanlar