Xəzər Xəbər

Hava şəraiti dəyişəcək XƏBƏRDARLIQ

Cəmiyyət | 15:09 • 14 Avqust 2024
Hava şəraiti dəyişəcək

“Respublikanın bəzi ərazilərində avqustun 15-dən 17-si gündüzədək hava şəraitinin dəyişəcəyi, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi və “sarı” xəbərdarlığa uyğun olaraq külək əsəcəyi proqnozlaşdırılır. Gözlənilən intensiv yağıntılarla bağlı çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Bu səbəbdən vətəndaşlarımızı daha diqqətli və ehtiyatlı davranmağa çağırırıq”.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları və hava proznozlarını diqqətlə izləməlidir: “Unutmayaq ki, ehtiyatlı davranmaq hər birimizin sağlamlığı və təhlükəsizliyi üçün vacibdir”

Xəbər lenti

Çox oxunanlar