Xəzər Xəbər

Nikah və boşananmaların sayı məlum olub

Cəmiyyət | 14:34 • 14 Avqust 2024
Nikah və boşananmaların sayı məlum olub

Yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22 min 250 nikah və 10 min 430 boşanma halı qeydə alınıb.

Xezerxeber.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,4), Qarabağ (5,3), Qazax-Tovuz və Mil-Muğan (4,7), Bakı şəhəri, Dağlıq Şirvan və Lənkəran-Astara (4,6), Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran (4,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,4) yüksək olub.

Xəbər lenti

Çox oxunanlar