Xəzər Xəbər

"Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib FOTO

Cəmiyyət | 12:17 • 14 Avqust 2024
"Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib

2024-cü il üçün hazırlıq planına uyğun olaraq, "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb.
Mərasimdə çıxış edənlər Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini qeyd edib, kursantlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub.
Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Xəbər lenti

Çox oxunanlar