Xəzər Xəbər

Sürücülərin nəzərinə: Bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Cəmiyyət | 11:01 • 13 Avqust 2024
Sürücülərin nəzərinə: Bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Sabah saat 06:00-dan etibarən Bakının 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinə qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Xezerxeber.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Xəbər lenti