Xəzər Xəbər

Bakının bəzi ərazilərində qaz olmayacaq

Cəmiyyət | 08:50 • 12 Avqust 2024
Bakının bəzi ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xezerxeber.az bildirir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, Binəqədi rayonunun İbrahim Paşa Dadaşov küçəsində və Cəfər Xəndan küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Səbail rayonunun Badamdar qəsəbəsində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması məqsədilə bu gün saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Azadlıq, S.S.Axundov, İ.P.Dadaşov, C.Xəndan küçələrinin, “Union Park” yaşayış kompleksinin, 3126 məhəllənin və 7-ci mikrorayonun bir hissəsinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivinin qaz təchizatında fasilə yaranacaq.

Xəbər lenti

Çox oxunanlar