Xəzər Xəbər

Ümumi balı 450-dən az olmayan abituriyentlər Türkiyə-Azərbaycan Universitetində təhsil ala bilərlər

Cəmiyyət | 14:55 • 10 Avqust 2024
Ümumi balı 450-dən az olmayan abituriyentlər Türkiyə-Azərbaycan Universitetində təhsil ala bilərlər

Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasını ümumi balı 500-dən, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisaslarını isə ümumi balı 450-dən az olmayan abituriyentlər seçə bilər.

Bu barədə Xezerxeber.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetində tədris ingilis dilində olmaqla Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq.

Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Ali təhsil müəssisəsinə ixtisas seçimi avqustun 9-dan başlanıb və 19-dək davam edəcək.

Xəbər lenti

Çox oxunanlar