Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir.
Xezerxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, valideynin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər.