Xəzər Xəbər

Peşə məktəblərində də təhsil haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 14:20 • 6 Avqust 2024
Peşə məktəblərində də təhsil haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

Peşə təhsilində ödəniş haqlarında bir dəyişiklik yoxdur. Lakin növbəti illərdə peşə təhsilində qiymətlərin uyğunlaşdırılmasına ehtiyac var.

Xezerxeber.az xəbər verir ki,bu barədə Trend-ə özəl müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O qeyd edib ki, son iki ildə peşə təhsilində adambaşına maliyyələşmə metodundan istifadə edilir.

"Adambaşına maliyyələşməyə keçid bizə imkan verir ki, peşə təhsili müəssisələrində tələbə hazırlığına lazım olan xərclər daha real qiymtləndirilsin. Gəlin razılaşaq ki, Azərbaycanda ödənişli əsaslarla peşə təhsilində tələb olunan ödəniş haqqı təhsil üçün çox aşağıdır. Yəni, 650 manata keyfiyyətli qaynaqçı hazırlamaq mümkün deyil. Amma hazırda qaynaqçı ixtisası üzrə təhsil haqqı 650 manatdır. Bir çox hallarda müəyyən edilən ödənişlər bizə müəllimlərin əməkhaqlarını ödəməyə imkan vermir. Bu reallıqdır və bir çox müəssisəmizdə bu kimi hallar mövcuddur.

Adambaşı maliyyələşməyə keçdiyimiz müəssisələrdə bir sıra ixtisaslarda artıq qiymətlər fərqlənir. Məsələn, qaynaqçı, kompüterlərin təmiri üzrə mütəxəssis, kibertəhlükəsizlik üzrə mütəxəssis ixtisaslarında qiymətlər fərqlidir. Biz bilirik ki, kargüzarlıq üzrə mütəxəssis hazırlanması ilə qaynaqçı hazırlanmasının qiymətləri eyni deyil. Çünki kargüzarlıqda istifadə etdiyimiz material, elektrik enerjisi sərfiyyatı çox aşağı olduğu halda, qaynaqçı ixtisasında bu daha çoxdur. Eynilə kibertəhlükəsizlik üzrə texnik hazırlayırıqsa, başa düşməliyik ki, bu sahədə keyfiyyətli tədris keçə bilən müəllimlərin əməkhaqqı tələbləri daha yüksəkdir. Bu baxımdan növbəti illərdə peşə təhsilində qiymətlərin uyğunlaşdırılmasına ehtiyac var", - deyə C.Kərəmov əlavə edib.

 

Xatırladaq ki, bəzi universitetlərdə illik təhsil haqqı artırılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetindən Trend-ə bildirilib ki,bu ilə qədər bütün ixtisaslar üzrə 2000 AZN təşkil edirdi. Bu ildən sonra artıq 2300 AZN olacaq.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı qeyd edib ki, Azərbaycan Dillər Universitetində bir sıra ixtisaslarda qismən təhsilhaqqı dəyişikliyi nəzərdə tutulub.

"Buna misal olaraq, ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə Dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə, beynəlxalq münasibətlər ixtisaslarını göstərmək olar. İngilis dili müəllimliyi ötən illərdə 2500 AZN olub, indi isə 2700 AZN olacaq", - deyə o bildirib

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024