Xəzər Xəbər

Bu yolda təmir aparılacaq

Cəmiyyət | 13:19 • 5 Avqust 2024
Bu yolda təmir aparılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-125-ci km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılacaq.

Xezerxeber.az xəbər verir ki, sözügedən işlərin icrası bu gün saat 14:00-dan başlayaraq 11 avqust saat 18:00-dək davam edəcək.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Xəbər lenti