Xəzər Xəbər

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Cəmiyyət | 10:21 • 5 Avqust 2024
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Avqustun 8-də 2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Xezerxeber.az-a bildirilib ki, proses “sy.edu.az” elektron sistemi üzərindən həyata keçiriləcək.

Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün avqustun 8-i saat 15:00, 10-cu siniflər üçün isə avqustun 15-i saat 15:00-dan aktivləşdiriləcək.

Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək.

Xəbər lenti

Çox oxunanlar