Avqustun 4-də saat 1 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov Rayon Prokurorluğundan Xezerxeber.az-a bildiriblər ki, araşdırmalarla 1989-cu il təvəllüdlü Hikmət Muxtarovun aralarında yaranmış mübahisə zamanı tanışı Ülvi Qasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hikmət Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.