Bakıda 21, 51 və 120 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 3 avqust 2024-cü il tarixində 8 Noyabr prospektində (Gəncə prospektindən Ceyhun Həsənov küçəsinədək (Gənclik parkı)) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar sözügedən müntəzəm marşrutların hərəkət sxemi alternativ olaraq Gəncə prospekti – Ceyhun Həsənov küçəsi - 8 Noyabr prospekti ilə təşkil ediləcək.