Xəzər Xəbər

İyul ayında havanın temperaturu normadan yüksək olub

Cəmiyyət | 17:10 • 1 Avqust 2024
İyul ayında havanın temperaturu normadan yüksək olub

2024-cü ilin iyul ayında havanın temperaturu 25 gün normadan yüksək olub. Ötən ay ərzində orta aylıq temperatur 28.3 dərəcə olub ki, bu da iqlim normasından 2.1 dərəcə yüksəkdir.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, iyul ayı ərzində maksimal temperatur Bakıda və Abşeron yarımadasında 6 iyulda 38 dərəcə, ölkə üzrə isə 20 iyulda Hacıqabulda 43.4 dərəcə isti qeydə alınıb.

 
Bəzi günlərdə hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb. İyul ayı ərzində Abşeron yarımadasında 6 gün yağıntılı keçib. Ay ərzində 12-16 mm olmaqla, normanın 4-6 misli qədər yağıntı düşüb.

Bölgələrdə 10-16 gün yağıntılı olub, əksər bölgələrdə yağıntılar leysan xarakterli intensiv olub, düşən yağıntının miqdarı normadan çox olub. İyul ayında qərb rayonlarına 9 dəfə dolu yağması qeydə alınıb.

Xidmət rəisi qeyd edib ki, iyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq xəbərdarlıqlar verilib. Ayrı-ayrı günlərdə bəzi dağlıq və dağətəyi rayonlarda şərq küləyi qısa müddətə güclənib. Ümumilikdə bölgələrdə 23 gün, Abşeron yarımadasında isə 4 gün küləyin sürəti 15 m/s-dən çox olub.

Xəbər lenti

Çox oxunanlar